Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bölgələrində bank əmanətlərinin həcmi artıb

Azərbaycanın bölgələrində bank əmanətlərinin həcmi artıb

Tarix: 14 Aprel 2020 11:48

2020-ci il fevral ayının sonuna Azərbaycanın bölgələrində sakinlərin bank əmanətlərinin həcmi 898,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 215.9 milyon manat və ya 31.6 faiz çoxdur.

Sonxeber.net Azərbaycan Mərkəzi Bankının statistik hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin fevral ayının sonunda ölkədə bütün bank əmanətlərinin 10,34 faizi Azərbaycanın bölgələrinə düşüb.

Hesabat dövründə ölkənin bölgələrindəki bütün əmanətlərin 84,6 faizi (760,6 milyon manat) milli valyutada əmanətlərin payına düşüb. Fevral ayının sonuna olan məlumata görə, Bakıdakı ümumi əmanətlər 7,8 milyard manat təşkil edib ki, bunun da 3,36 milyardı milli valyutadadır.

2019-cu ilin dekabr ayı üçün ölkədə orta illik əmanət dərəcəsi 3,7 faiz, Bakıda 3,6 faiz təşkil edib.

Azərbaycanın bölgələri üzrə bank əmanətlərinin bölgüsü (1 mart 2020-ci il tarixinə):

 

Kreditin həcmi (min manatla)

Orta faiz dərəcəsi (%)

Ümumi kreditlərin payı

Azərbaycan

8 694 411

3,66

100,00

Bakı

7 795 739

3,56

89,66

İqtisadi rayonlar

898 672

3,61

10,34

Abşeron

256 303

5,65

2,95

Aran

166 626

3,56

1,92

Dağlıq Şirvan

25 225

3,61

0,29

Gəncə-Qazax

185 817

4,95

2,14

Quba-Xaçmaz

67 236

4,96

0,77

Lənkəran

70 074

5,42

0,81

Şəki-Zaqatala

59 125

3,40

0,68

Yuxarı Qarabağ

17 896

2,26

0,21

Kəlbəcər-Laçın

0

0,00

0,00

Naxçıvan

50 370

1,73

0,58


Etiketlər:  Azərbaycanın bölgələrində bank əmanətlərinin həcmi artıb


RƏYLƏR