Tarix: 14 Aprel 2020 21:34
“Liverpul”un baş məşqçisi Yurgen Klopp onlayn məşq haqda danışıb.
Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu cür məşq prosesindən zövq aldığını bildirib:
“Bu qədər sevəcəyimi təxmin etməzdim. Futbolçuları gördüyüm an hər şey dəyişir” – deyə o qeyd edib.
Klopp onlayn məşqə gecikənlərin cəzalandığını da açıqlayıb:
“Səhər saat 10-da məşqə başlayırıq. Bura vaxtında gəlmək vacibdir. Çünki pul cəzamız var. Onlayn məşqə gecikənlər pul ödəməyə məcburdurlar. Bu durumda 2020-ci ildə yaxşı formada olmağımızın yeganə yolu bu cür məşqlərdir”.