Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Korona stressindən bu üsulla qorunun

Korona stressindən bu üsulla qorunun

Tarix: 15 Aprel 2020 07:30

ABŞ-ın Yale Universitetinin psixologiya üzrə elmlər doktoru, professor Lori Santos pandemiya zamanı əhval-ruhiyyəni qoruyub saxlamaq üçün bəzi tövsiyələr verib.

Sonxeber.net xəbər verir ki, professor üç məsləhət təqdim edib: "Texnologiyanın köməyi ilə ictimai fəallığı qorumağa çalışmaq, müəyyən rejimə riayət etmək (xüsusən də məşq və müntəzəm yuxu), habelə gərginliyi aradan qaldırmağa kömək edəcək meditasiya. Yale Universitetinin "Coursera" platformasında "Rifah Elmi" populyarlıq qazanıb. Mart ayında pandemiya fonunda və bunun nəticəsində yaranan təcrid şəraitində dinləyicilərin sayı üç dəfə artıb. "Rifah elmi"nə bir milyondan çox insan maraq göstərir.

Kurs bu gün xüsusilə mövcud böhran dövründə insanların müsbət əhval-ruhiyyəyə köklənməsi istiqamətində strategiyalar təqdim edir. Tələbələr burada ünsiyyət üçün vaxt tapmaq, minnətdarlıq hissi, yuxu, düşüncə və fiziki fəaliyyət kimi vərdişlərin əhəmiyyəti barədə öyrənəcəklər". (publika.az)


Etiketlər:  Korona stressindən üsulla qorunun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ