Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tələbələrin təhsil haqları dövlət vəsaiti hesabına ödənilməyəcək

Bu tələbələrin təhsil haqları dövlət vəsaiti hesabına ödənilməyəcək

Tarix: 15 Aprel 2020 12:12

Bakı. İlhamə İsabalayeva – Trend:

Normativ təhsil müddətindən çox təhsil alan tələbələrin təhsil haqları dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ödənilməyəcək.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbənin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün həmin tələbə normativ təhsil müddətində təhsil almalıdır:

“Ali təhsilin bakalavriat təhsili üzrə normativ təhsil müddəti 4 ildir. Magistratura səviyyəsi üzrə il yarım və iki ildir. Orta ixtisas təhsili müəssisələrində təhsil müddəti 2 il, peşə təhsili pilləsində təhsilin müddəti 6 aydan 4 ilə qədərdir. Lakin elə tələbə olur ki, o, normativ təhsil müddətindən çox təhsil alır. Məsələn, bakalavriat səviyyəsi üzrə təhsil alan tələbə kəsiri olduğu üçün 5 və ya 6 il oxuyur. Təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi bu tələbələrə şamil edilməyəcək”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.


Etiketlər:  tələbələrin təhsil haqları dövlət vəsaiti hesabına ödənilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ