Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 13:24
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının növbəti sayının elektron buraxılışı oxuculara təqdim olunub.
Universitetdən Trend-ə verilən məlumata görə, “UNEC Ekspert” jurnalının budəfəki sayında iqtisadçı ekspertlərin sosialyönümlü bazar iqtisadiyyatı ilə bağlı mövzuları yer alıb.
Oxucular jurnalda əmək bazarı, məşğulluq və sosial inkişaf, sosial islahatlar paketi və həssas əhali qrupları, sosial sferanın institusional islahatları barədə bir-birindən maraqlı ekspert araşdırmaları ilə tanış olacaqlar. Eləcə də əməkhaqqı sistemindəki son islahatlar, elektron xidmətlərdəki yeniliklər, pensiya təminatı, sosial müavinətlər, sosial tədqiqatlarla bağlı ətraflı məlumatlar əldə edəcəklər.
“UNEC Ekspert” jurnalının elektron versiyasını təqdim edirik.
http://online.fliphtml5.com/vzemo/kbzh/