Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 11:32
"Kayeramı başa vurmazdan əvvəl Argentina millisi ilə uğur qazanmaq istəyirəm. Dəyərləndirə bilmədiyim fürsətlərlə yığmadan ayrılmaq istəmirəm".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kuboku öncəsi deyib.
O, Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyini bilmədiyini də söyləyib: "Qətərdə dünya çempionatının kubokunu qazanıb-qazanmayacağımı bilmirəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hazırda 32 yaşım var və gələcəkdə hər şey ola bilər. Ümid edirəm ki, ciddi zədələrim olmayacaq".