Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 09:54
“Latsio” koronavirus pandemiyasına görə A seriyasının erkən dayandırılmasına qarşı çıxıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun mətbuat katibi Arturo Diakonale belə bir qərar veriləcəyi halda məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
O bildirib ki, vəziyyət duzələcəyi halda çempionatı bərpa etmək mümkündür: “Futbolçular koronavirus testindən keçirilməlidir. Bundan sonra zərurət yaransa, onlar xüsusi düşərgələlərdə də qala bilərlər. Bu şəkildə onları təcrid etməyimiz mümkündür.
Klub rəsmisi qeyd edib ki, hazırkı mövsümə yekun vurulmalıdır: “Əgər bu mövsüm təbii yolla başa çatmasa, gələcək mövsüm də məhv olacaq və məsələ məhkəməyə qədər gedəcək”.
Bu arada İtaliya Futbol Federasiyasının prezidenti Qabrielle Qravina ümid etdiyini deyib ki, liqaları mayda bərpa edə biləcəklər.
Qeyd edək ki, A seriyasında matçlar 26-cı turdan dayandırılıb. İndiki durumda “Yuventus” 63 xalla birinci, “Latsio” 62 xalla ikinci yerdədir.