Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 11:21
Bakı. Trend:
"Carlsberg Azerbaijan" şirkətinin flaqman brendi Xırdalan Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək olaraq xeyriyyə aksiyası təşkil ediblər.
Trend-in məlumatına görə, aksiya "Carlsberg Azerbaijan" pivə zavodunun yerləşdiyi Abşeron rayonunda yaşayan tənha yaşlılar və aztəminatlı ailələrinə 500 məhsul səbətinin paylanmasını nəzərdə tutur və əhatəmizdə ehtiyacı olan insanlara dəstək göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədini daşıyırdı.
“Biz Birlikdə Güclüyük” şüarı altında keçirilən aksiya çərçivəsində Abşeron rayonu, həmçinin Xırdalan şəhərinin sakinlərinə ilkin tələbat məhsulları ilə ərzaq səbətləri paylanıb.
Qeyd edək ki, yoluxma riskinin azaldılması məqsədilə məhsulların təmassız çatdırılması təşkil olunub, çatdırılma həyata keçirilərkən məhsul səbəti sakinlərin giriş qapısında qoyulmuş, təhlükəsiz məsafə saxlayanılmaqla xeyriyyə aksiyası barədə məlumat verilmişdir. Çatdırılmanı həyata keçirən heyət fərdi mühafizə və dezinfeksiya vasitələri ilə təmin olunub.
"Carlsberg Azerbaijan" şirkətinin Baş direktoru Vyaçeslav Maltsev:
“Sözsüz ki, Azərbaycan hökuməti COVID-19 virusunun yayılmasının qarşısının alınması, həmçinin yaranan çətin vəziyyətdə əhali və biznesə dəstək məqsədilə ciddi tədbirlər görür. Lakin karantin dövründə yoluxma riskini minimuma endirmək üçün yaşlı insanlara yaşayış yerlərini tərk etməyə icazə verilmir, aztəminatlı ailələr isə ehtiyacı daha da çox hiss edirlər. Çox güman ki, hər birimiz karantin dövründə maddi sıxıntı ilə üzləşən ailələr tanıyırıq. Onlara bir qədər dəstək olmağa çalışaq, çünki bu çətin dövrü yalnız birlik nümayiş etdirərək minimal itkilərlə keçə bilərik.
Sosial məsuliyyətli şirkət olaraq biz, öz növbəmizdə, zavodumuzun yerləşdiyi Abşeron rayonun əhalisinə dəstək olmağı özümüzə borc bildik. Şirkətimiz burada yaşayan əhaliyə öz dəstəyini davam etdirməyi, həmçinin xeyriyyəçilik fəaliyyətinin istiqamətlərini genişləndirməyi planlaşdırır”.
Xırdalan pivəsi - arpa, maya, mayaotu və sudan hazırlanmış açıq rəngli lagerdir. Dolğun dadı, təkrarolunmaz ətri və yüksək keyfiyyəti sayəsində “Xırdalan” pivəsi ölkədə 1 nömrəli brenddir və bir milyondan artıq loyal istehlakçısı var. 2018-ci ildə Xırdalan brendi Böyük Britaniyada keçirilən nüfuzlu beynəlxalq “International Beer Challenge” müsabiqəsində qızıl medalla təltif olunmuş, elə həmin ildə Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq "International Taste Institute” müsabiqəsində keyfiyyətə görə yüksək qiymət əldə edərək, mümkün olan 90 baldan 85,5 layiq görülmüşdür.
"Carlsberg Azerbaijan" pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxmini 260 nəfər işləyir və təxminən 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına yatırdığı sərmayələrin ümumi məbləği təxminən 50 mln AZN təşkil edir. Şirkətin büdcəyə illik vergi ayırmalarının ümumi məbləği təxminən 18-20 mln AZN təşkil edir. "Carlsberg Azerbaijan" portfelində Xırdalan, Tuborg, Baltika (Baltika 7, Baltika 9, Baltika 0 Buğda, Baltika 0 Qreypfrut), Kuler, Əfsanə, Carlsberg, Kronenbourg Blanc 1664, Seth&Riley's Garage və s. kimi məşhur brendlər var.