Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aleksandr Lakazett “Arsenal”dan getmək niyyətindədir

Aleksandr Lakazett “Arsenal”dan getmək niyyətindədir

Tarix: 16 Aprel 2020 15:40

Bakı. Trend:

“Arsenal”ın hücumçusu Aleksandr Lakazett mövsümün sonunda klubdan getmək niyyətindədir.

Trend-in məlumatına görə, artıq klub rəhbərliyi fransalı futbolçunun komandadan ayrılmaq istəməsi barədə məlumatlıdır. Hazırda isə Lakazettlə “Atletiko” klubu maraqlanır. Madrid klubu Dieqo Kostanın gedişindən sonra məhz Aleksandrı öz heyətinə gətirmək istəyir.

Qeyd edək ki, Lakazett 2017-ci ildə də “Atletiko”ya keçməyə yaxınlaşmışdı. Amma FİFA kluba transfer qadağası qoyduğundan bu keçid baş tutmadı.


Etiketlər:  Aleksandr Lakazett Arsenaldan getmək niyyətindədir


RƏYLƏR