Tarix: 1 Iyun 2019 21:08
Avro-2020-nin seçmə mərhələsinin Macarıstan və Slovakiya ilə oyunlarına hazırlaşan milli komandamız yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Nikola Yurçeviçin başçılıq etdiyi komandamız toplanış çərçivəsində U-21 yığmamızla qarşılaşıb. "Dalğa Arena"dakı görüş əsas millinin 3:0 hesablı qələbəsi yekunlaşıb. Qolları Dmitri Nazarov, Ağabala Ramazanov və Araz Abdullayev vurublar.
1 iyun
Yoxlama oyunu
Azərbaycan (əsas milli) - Azərbaycan U-21 - 3:0
Qollar: D. Nazarov, 62-penalti (1:0), A. Ramazanov, 80-penalti (2:0), A. Abdullayev, 84 (3:0)
Qeyd edək ki, millimiz iyunun 8-də Bakıda Macarıstanı, 4 gün sonra isə Slovakiyanı qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.