Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 21:22
Koronavirus pandemiyasının tüğyanı ilə əlaqədar olaraq bir çoxları başlamaqda olan Ramazan ayını necə keçirmək qayğısına düşüblər.
Sonxeber.net bizimyol.info-ya istinadən xəbər verir ki, türkiyəli bir sıra alimlər və din adamları arasında pandemiya dövründə oruc tutub-tutmamaq barəsində mübahisə yaşanmaqdadır.Bəziləri deyirlər ki, oruc tutan orqanizm zəifləyəcəyinə görə, virusa asanlıqla yoluxa bilər. Bi çoxları isə lap irəli gedərək Ramazan ayını başqa aya keçirməyi təklif ediblər.
Türkiyəli professor Canan Karatay hesab edir ki, oruc tutmaq immuniteti zəiflətmir və orqanizmin aclıqdan zəif hiss etməsi ilə immunitetin zəifləməsi anlayışları arasında fərq çoxdur.
Türkiyəli ilahiyyatçı yazar Arif Aslan qeyd edib ki, oruc tutan insanın orqanizmi zənn edildiyinin əksinə, daha güclüdür."Ramazan ayını başqa bir aya keçirmək nə deməkdir? O əsla təxirə salına bilməz. Dönüb dolaşan qəməri təqvimidir. Hər mövsümü gəzir. Oruc tutan insanın orqanizminin başqa insanlara nisbətən daha möhkəm olmasını elm təsdiq edib.Orucluğun koronayla heç bir əlaqəsi yoxdur".
Quran araşdırmaçısı, ilahiyyatçı yazar Caner Taslaman da eyni fikirləri bölüşüb. İlahiyyatçı yazar Cəmil Kılıc isə əksini iddia edib. O immunitetin güclü tutmaq barədə xəbərdarlıqlara diqqət çəkərək özümüzü və başqalarını riskə atmamalı olduğumuzu söyləyib. "Cümə namazını, məscid və dini ziyarətgahlara getməyi necə təxirə saldıqsa orucluğu da təxirə sala bilərik. Söhbət dünyanı təhdid edən qorxunc bir virusdan gedir, onun bütün fəsadlarını öyrənmək hələ mümkün olmayıb".