Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya iqtisadi dəstək paketini 1 trilyon dollaradək artıracaq

Yaponiya iqtisadi dəstək paketini 1 trilyon dollaradək artıracaq

Tarix: 20 Aprel 2020 10:52

Bakı. Trend:

Yaponiya hökuməti koronavirus pandemiyasından zərər çəkən sakinlərə və iqtisadiyyat sahələrinə dəstək paketini artırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, yardım paketinin həcmi indiki 990 milyard dollardan 1,1 trilyon dollaradək artırılacaq.

Qeyd olunur ki, həmin vəsaitin böyük hissəsi ölkə sakinlərinə 930 dollar məbləğində müavinətin verilməsinə ayrılacaq.

Əlavə vəsaitlər paketi Yaponiyanın ümumi daxili məhsulunun 20 faizdən çoxunu təşkil edir.


Etiketlər:  Yaponiya iqtisadi dəstək paketini trilyon dollaradək artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ