Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 12:44
Bakı. Trend:
İspaniya koronavirus pandemiyasından daha çox əziyyət çəkən ölkələrin bərpası üçün Avropa İttifaqına 1,5 trilyon avro məbləğində fondun yaradılmasını təklif edəcək.
Trend-in məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes belə təkliflə bu həftə Aİ-nin sammiti zamanı çıxış edəcək.
Madridin planına əsasən, yeni yaradılacaq fond Aİ-nin 27 üzv ölkəsi tərəfindən cəlb olunan müddətsiz borc hesabına maliyyələşdiriləcək.
Eyni zamanda ayrı-ayrı dövlətlərə verilən vəsait borc yox, köçürmə olaraq nəzərə alınacaq.