Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan 5 gənc saxlanıldı

Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan 5 gənc saxlanıldı

Tarix: 20 Aprel 2020 15:42

Bakı. Samir Əli - Trend:

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Belə ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat məbləğində cərimə ediliblər.


Etiketlər:  Qubada yeyib içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan gənc saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ