Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində daşqınlar 2 nəfərin ölümünə səbəb olub

Çində daşqınlar 2 nəfərin ölümünə səbəb olub

Tarix: 2 Iyun 2019 14:56

Bakı. Trend:

Çinin Yançun şəhərində (Quandun əyaləti) daşqınlar nəticəsində üçmərtəbəli bina dağılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər axtarışları davam etdirirlər.

Qeyd edilir ki, daşqınlar bi neçə gün davam edən leysan yağışları nəticəsində meydana gəlib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində daşqınlar nəfərin ölümünə səbəb olub


RƏYLƏR