Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 13:32
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,17 faiz artaraq 21,914 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin mart ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü 2019-cu ilin mart ayına nisbətən 15,66 faiz azalaraq 4,939 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 6,98 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-mart aylarında ölkənin ümumi ixracının 16,3 faizini təşkil edib.
Son 12 ayda (mart 2019 - mart 2020) Türkiyə 29,812 milyard dollar məbləğində avtomobil ixrac edib.