Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 15:30
Ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı tərəfindən birgə "Bizi birləşdirən mədəniyyət" layihəsi həyata keçirilir.
Sonxeber.net xəbər verir ki, aprelin 1-dən start verilən layihə üzrə televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, konsert proqramları, incəsənətin ayrı-ayrı sahələri ilə bağlı təqdimatlar həyata keçirilir. "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində reallaşan təqdimatlarda BMM yaxından iştirak edərək dəstək olur. "Əbədiyaşarlarımız" adlı yeni təqdimatın ilk buraxılışı milli bəstəkarlıq məktəbinin və professional musiqimizin banisi Üzeyir Hacıbəyliyə ithaf edilmişdi. 6-12 aprel tarixində "Üzeyir musiqi həftəsi" adlı təqdimatda BMM-nin solistləri də yaxından iştirak edərək həm konsert həm də videoroliklərlə təqdimatda çıxışlar ediblər.
13-19 aprel tarixləri isə görkəmli bəstəkarlar Qara Qarayev və Fikrət Əmirova həsr olunmuşdu. Bu həftə ərzində BMM-nin solistiləri Muğam Televiziya Müsabiqəsinin Qran pri mükafatçısı Almaxanım Əhmədli, Əməkdar artist İlkin Əhmədov , III MUğam televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva və Mirələm Mirələmov "Bizi birləşdirən mədəniyyət" verilişinin qonağı olaraq görkəmli bəstəkarların yaradıcılığı və muğam xəzinəmizdən bir-birindən maraqlı nömrələr təqdim ediblər.
Qeyd edək ki, layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar eyni zamanda BMM -nin Facebook səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.
https://www.facebook.com/watchparty/241081357263046/?entry_source=PAGE_TIMELINE
https://www.facebook.com/watchparty/516303745916793/?entry_source=PAGE_TIMELINE