Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO)

Tarix: 21 Aprel 2020 16:12

Bakı. Trend:

Aprelin 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.

Trend-in məlumatına görə, təqdim olunmuş dərman preparatları "Cırtdan" adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. "Biz birlikdə güclüyük!" şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.

Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə "Cırtdan" meqaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.

Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO) - Gallery Image Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO) - Gallery Image Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO) - Gallery Image Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO) - Gallery Image Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib (FOTO) - Gallery Image


Etiketlər:  Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya Transfuziologiya Mərkəzinə dərman preparatları təqdim edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ