Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 18:02
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.
Təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.