Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşmüş alpinistlərdən dördü Hindistanda xilas edilib

İtkin düşmüş alpinistlərdən dördü Hindistanda xilas edilib

Tarix: 2 Iyun 2019 22:04

Bakı. Trend:

İtkin düşmüş britaniyalı alpinistlərdən dördü Hindistanın Uttarakxand ştatındakı Nandadevi dağı yaxınlığında xilas olunub.

Trend-in məlumatına görə, səkkiz nəfərin axtarışı hələ də davam edir.

Məlumata əsasən, xilas olunmuş alpinistlər dağın ətəyində yerləşən baza düşərgəsinə helikopterlə çatdırılıb.

Həmçinin qeyd edilir ki, iki helikopter və piyada gedən qruplar itkin düşmüş idmançıların axtarışını davam etdirirlər.

İtkin düşmüş alpinistlərin sırasında dörd britaniyalı, iki ABŞ vətəndaşı, Avstriya vətəndaşı və bir Hindistan vətəndaşı var idi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İtkin düşmüş alpinistlərdən dördü Hindistanda xilas edilib


RƏYLƏR