Tarix: 3 Iyun 2019 00:04
Avro-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə oyunlara hazırlaşan Türkiyə millisi növbəti yoldaşlıq matçını keçirib.
Qol.az xəbər verir ki, "ay-ulduzlular" Alanyada Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüş türklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu Mehmet Zeki Çelik vurub.
Yoldaşlıq oyunu
2 iyun
Türkiyə - Özbəkistan - 2:0
Qollar: Mehmet Zeki Çelik, 17, 57
Qeyd edək ki, Şenol Günəşin başçılıq etdiyi Türkiyə yığması 3 gün öncə yoldaşlıq oyununda Yunanıstanı 2:1 hesabı ilə məğlub edib.