Tarix: 22 Aprel 2020 14:46
“Liverpul”un futbolçusu Sadio Mane komandadan ayrıla bilər.
Qol.az "France Football"a istinadən xəbər verir ki, buna səbəb seneqallı hücumçu ilə baş məşqçi Yurgen Klopp arasında narazılığın yaranmasıdır.
Bildirilir ki, almaniyalı mütəxəssisin ötən il “Qızıl top” üçün səsvermədə ona yox, digər komanda yoldaşı Vircil Van Deykə dəstək olması Manenin xoşuna gəlməyib.
“Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədər olan 28 yaşlı futbolçu ilə “Real” və PSJ yaxından maraqlanır.
Qeyd edək ki, Sadio Mane 2016-cı ildən “Liverpul”da çıxış edir.