Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 04:16
Bakı. Trend:
Pnevmatik silahı olan bir nəfər adam, gündüz saatlarında Barselonanın mərkəzində təlaş yaradıb.
Trend-in məlumatına görə, bu barədə "El Periodico" qəzeti xəbər verib.
Məlumata əsasən, turistlər Rambla küçəsində şübhəli bir şəxs haqqında polisə xəbər verib. Nəticədə polislər həmin şəxsin axtarışına başlayıb. Saxlanılan zaman o müqavimət göstərib, üç hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb.
Müəyyən edilib ki, həmin şəxs Filippin vətəndaşıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin