Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaz fəslinin gülüstanı Naxçıvan - FOTO

Yaz fəslinin gülüstanı Naxçıvan - FOTO

Tarix: 22 Aprel 2020 22:44

Həyata keçirilən məqsədyönlü ekoloji siyasət nəticəsində vaxtilə ərazisinin cəmi 0, 6 faizi, bu gün isə 20 faizi yaşıllıqlarla əhatə olunan Naxçıvan şəhəri yaz fəslində gözəlliyi ilə göz oxşayır. Yaraşıqlı binalar, təmiz prospekt və küçələr, meydanlar, bağlar, parklar, bərpa olunmuş qədim abidələr şəhərin ən yüksək məkanında dalğalanan üçrəngli bayrağımızın fonunda daha əzəmətli görünür. Mühüm maarif, elm və mədəniyyət, informasiya mərkəzlərindən birinə çevrilən muxtar respublikanın paytaxtına gedən yollar da bu gözəlliklərlə harmoniya təşkil edir. Hər yanda səliqə-sahmana, insan əllərinin yaratdığı möcüzələrə baxdıqca qəlbimiz fərəhlənir. İnsan əlinin zəhməti təbiət gözəllikləri ilə birləşəndə möcüzə yaranır. Bu möcüzənin adı isə Naxçıvandır.

Sonxeber.net AZƏRTAC-a istinadən yaşıllığa bürünmüş qədim diyardan çəkilmiş fotoları təqdim edir.


Etiketlər:  fəslinin gülüstanı Naxçıvan FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ