Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda metallurgiya sənayesi istehsalı artıb

Azərbaycanda metallurgiya sənayesi istehsalı artıb

Tarix: 23 Aprel 2020 11:04

Bakı. Eldar Canaşvili - Trend:

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın metallurgiya sənayesində xammal istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 109,8 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artaraq 54,4 milyon manata bərabər olub. Ümumilikdə bütün sahədə 56,35 faiz artım qeydə alınıb, istehsalın ümumi həcmi isə 164,2 milyon manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 61,3 min ton (27,9 faiz azalma) polad əridilib, 62 min ton armatur (11,8 faiz azalma), 5,5 min ton polad boru (77,4 faiz artım), 743,4 min ton mil, val və profil (5,6 dəfə artım) istehsal edilib. Emal olunmamış ilkin alüminium qatışıqlarının istehsalı 28,4 faiz azalaraq 7,3 min ton təşkil edib.

Bundan əlavə, 7,4 milyon manat məbləğində qara metaldan quraşdırma tikinti konstruksiyaları (2,2 dəfə artım), 7,1 min ton qara metallardan digər konstruksiyalar (2 dəfə artım) istehsal olunub. Elastik məftil, tros, izolə olunmamış mis kabel istehsalı 2,5 dəfə artaraq 1,7 min ton təşkil edib.


Etiketlər:  Azərbaycanda metallurgiya sənayesi istehsalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ