Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

Tarix: 23 Aprel 2020 13:12

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə zoopark rəhbərliyi bildirib.

Bununla da zooparkda 8 heyvanda virus qeydə alınıb. Aprelin əvvəlində dişi pələngin virusa yoluxduğu məlum olmuşdu.

Rəhbərliyin sözlərinə görə, heyvanlar özlərini yaxşı hiss edir.

Bronks zooparkı koronavirusla əlaqədar martın 16-dan etibarən bağlıdır. Orada yalnız onlayn rejimdə turlar keçirilib.


Etiketlər:  York zooparkında heyvanlar koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ