Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə yaşayan həmvətənlərimiz dünyanın müxtəlif ölkələrindən #senetinledestekle challenge-inə qoşulacaq

Xaricdə yaşayan həmvətənlərimiz dünyanın müxtəlif ölkələrindən #senetinledestekle challenge-inə qoşulacaq

Tarix: 23 Aprel 2020 16:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız qoşulacaqlar.

Sonxeber.net xəbər verir ki, aprelin 23-ü saat 21.00-da Türkiyədən istedadlı musiqiçi ailəsi, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən pianoçu, Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə "Güc birlikdədir" söyləyərək hamını #evdəqal-mağa səsləyəcəklər.

Aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən,

aprelin 25-i isə saat 21.00-də İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.

Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi "instagram" hesabından canlı yayımlanacaq. İzləyicilərimiz həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.


Etiketlər:  Xaricdə yaşayan həmvətənlərimiz dünyanın müxtəlif ölkələrindən senetinledestekle challenge inə qoşulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ