Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 02:08
Bakı. Trend:
İsveçrəli tədqiqatçılar ölkə əhalisinin yeni növ koronavirusa qarşı immunitetini müəyyən etmək üçün yerli sakinlərdən qan nümunələri götürməyə başlayıblar.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, araşdırmanı 12 elmi müəssisəsi olan İsveçrənin İctimai Səhiyyə Məktəbi (SSPH+) keçirir.
Bildirilir ki, mütəxəssislər isveçrəlilərin koronavirusa qarşı "immuniteti haqqında epidemioloji məlumat toplamaq" niyyətindədirlər.
Məlumata əsasən, araşdırma yarım il davam edəcək. Tədqiqatçılar koronavirusun ölkənin müxtəlif regionlarına və əhalinin müəyyən qruplarına təsirini müəyyən etməyi planlaşdırırlar.
Qeyd edilir ki, alimlər koronavirusa qarşı immunitetin davamlılığını da müəyyən edəcəklər.