Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 10:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda COVID-19 a yoluxmuş uşaqların və yetkin yaşlı xəstələrin idarəolunması və müalicəsi qaydası açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, uşaqlarla əlaqəli COVID-19 infeksiya hallarının müalicəsi barədə yetərli səviyyədə olan elmi sübutlarla əsaslandırılmış məlumatlar mövcud deyil. Buna görə də uşaqlar üçün COVID-19 müalicə tövsiyələri böyüklər üzərində aparılmış tədqiqatlar əsasında qiymətləndirilməli və xəstə uşağın vəziyyətinə uyğun olaraq planlaşdırılmalıdır. Koronavirus infeksiyasının yayılmasının başlanğıcından etibarən 22 mart 2020-ci il tarixinə qədər dünyada 0-9 yaş arası uşaq ölümü halı qeydə alınmayıb. 10-19 yaş arasında isə 0,2% tezliyində ölüm halının baş verdiyi bildirilib.
Bu rəqəmlər və bu günə qədər paylaşılan məlumatlar qiymətləndirildikdə uşaqlarda klinik mənzərənin daha yüngül gedişli olduğu məlum olur. Bundan əlavə, müalicə qərarı verilərkən uşaqlarda dərmanların mümkün əlavə təsirləri nəzərə alınmalıdır. Bu gün üçün uşaqlıq çağındakı pasiyentin müalicəsi hər bir xəstə baxımından ayrıca qiymətləndirilməli və mümkün ağır xəstəlik hallarında planlaşdırılmalıdır.
Sənəddə COVID-19-a yoluxmuş yetkin yaşlı xəstələrin müalicəsi ilə bağlı qeyd edilir ki, zəruri vəziyyətlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə yüngül xəstəlik klinikası ilə müraciət edən, yanaşı xəstəliyi olmayan, yaşı