Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 11:16
Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin spiker Sahibə Qafarova iclasda deyib.
S.Qafarova qeyd edib ki, iclasın gündəliyindən 9-cu məsələ (Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında) çıxarılıb və iclasın gündəliyində 27 məsələ qalıb.