Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmağın daha bir üsulu tapıldı

Koronavirusdan qorunmağın daha bir üsulu tapıldı

Tarix: 24 Aprel 2020 23:06

Möhkəm və sağlam yuxu nəinki əhval-ruhiyyəni yaxşılaşdırır və enerji verir, həm də immun sistemini gücləndirir, infeksiyalara qarşı mübarizədə kömək edir.

Sonxeber.net xəbər verir ki, bunu endokrinoloq, Rusiya Somnoloqlar Cəmiyyətinin (Somnologiya - yuxu haqqında elmdir) üzvü Mariya Fadeyeva müsahibəsində deyib.

"Şübhəsiz ki, xəstələnəndə instinktiv olaraq daha çox yatmaq istəyirik. İzahı çox sadədir: yuxu zamanı immuniteti qoruyan amillər ifraz olunur. Onların sayəsində immun sistemi viral və ya bakterial hücumu dəf etmək üçün səfərbər olunur. Möhkəm yuxu immun sisteminin fəaliyyətini artırır və infeksiya halında yaxşılaşma daha sürətli olur", - deyə həkim qeyd edib.

Somnoloq əlavə edib ki, yuxu keyfiyyətinin pisləşməsi əksinə, immunitet sistemini zəiflədir və bədənin infeksiyaya həssaslığını artırır. Fadeyevanın sözlərinə görə, özünütəcrid dövrü yuxu cədvəlini qurmaq və bunu vərdiş halına gətirmək üçün əla fürsətdir. (publika.az)


Etiketlər:  Koronavirusdan qorunmağın daha üsulu tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ