Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Facebook'' 5 milyard dollar cərimə ödəyəcək

''Facebook'' 5 milyard dollar cərimə ödəyəcək

Tarix: 25 Aprel 2020 04:50

Bakı. Trend:

ABŞ Federal Məhkəməsi Federal Ticarət Komissiyasının istifadəçilərin şəxsi məlumatlarının marketinq məqsədi ilə üçüncü tərəf şirkətinə ötürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində "Facebook"un 5 milyard dollar cərimə ödəməsi barədə qərarını qüvvədə saxladı.

Trend-in məlumatına görə, bu barədə Federal Ticarət Komissiyasının bəyanatında deyilir.

Ötən ilin iyul ayında Elektron Fərdi Məlumat Mərkəzi (Electronic Privacy Information Center, EPIC) amerikan qeyri-hökumət insan hüquqları təşkilatı "Facebook"un bu işlə bağlı daha az cərimə ödəməsi barədə qərarına yenidən baxılması üçün məhkəməyə müraciət edib. Müdafiəçilərin fikrincə göstərilən cərimənin məbləği "adekvat, məqbul və uyğun" olmayıb.

Məhkəmənin qeyd etdiyi kimi, 5 milyard dollar cərimə edilməsinə dair qərar, ABŞ-ın Federal Ticarət Komissiyasının maraqlarında olan ən böyük və ümumilikdə ölkə tarixində ikinci ən böyük cərimə olaraq qalır.


Etiketlər:  Facebook milyard dollar cərimə ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ