Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib - FOTO

Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib - FOTO

Tarix: 25 Aprel 2020 13:18

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.


Etiketlər:  Hərbi Liseyin yaranmasının ildönümü qeyd edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ