Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan zərər çəkmiş 55 min sahibkara 38 milyon manatadək vəsait ödənilib

Pandemiyadan zərər çəkmiş 55 min sahibkara 38 milyon manatadək vəsait ödənilib

Tarix: 25 Aprel 2020 20:28

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə aprel ayının 24-nə olan hesabatı açıqlayıb.

Hesabatda bildirilir ki, indiyədək 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.

Aprelin 24-nə faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.

Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manatdır.

Qeyd edək ki, tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Xatırladaq ki, bu ödəmələr pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.


Etiketlər:  Pandemiyadan zərər çəkmiş sahibkara milyon manatadək vəsait ödənilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ