Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNEC rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq

UNEC rektoru canlı yayımda abituriyent və valideynlərin suallarını cavablandıracaq

Tarix: 3 Iyun 2019 16:40

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, Fed.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları, xüsusi təqaüdlər, təhsil haqları və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https://www.facebook.com/fedaznews/) sosial şəbəkəsi üzərindən təşkil olunacaq.

UNEC barədə sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  UNEC rektoru canlı yayımda abituriyent valideynlərin suallarını cavablandıracaq


RƏYLƏR