Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 04:08
Bakı. Trend:
Almaniya hökuməti bu il milli ÜDM-in koronavirus epidemiyasının fəsadları ilə əlaqədar bir il əvvəllə müqayisədə 6.3 faiz azalacağını gözləyir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Suddeutsche Zeitung" qəzeti xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, bu Federativ Respublikasının yarandığından indiyədək ÜDM-in ən çox azalmasıdır və böhranın zirvəsi kimi qiymətləndirilir. Almaniya hökuməti, 2020-ci ilin ikinci yarısında və gələn il vəziyyətin tədricən yaxşılaşacağını gözləyir, lakin 2021-ci ildə pandemiyadan əvvəlki iqtisadi səviyyəyə çatmaq mümkün olmayacağını bildirir.
Proqnozda bu il ölkədə təxminən 3 milyon işsizin və hökumətin pandemiya nəticəsində iflaslar dalğasının gözlədiyi qeyd edilir.