Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 14:04
Bakı. Trend:
Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq.
Trend-in məlumatına görə, bunu ABŞ senatoru Bob Menendes deyib.
Senator bildirib ki, Ankara kiminlə olduğunu seçməlidir:
“Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.
B.Menendes əlavə edib ki, S-400 NATO sistemləri, texnikası ilə yanaşı dayana bilməz.
Senatorun sözlərinə görə, Türkiyəyə sanksiyalardan qaçması üçün digər variantlar təklif edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin