Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqada futbolçuların qucaqlaşmasına qadağa qoyulacaq

La Liqada futbolçuların qucaqlaşmasına qadağa qoyulacaq

Tarix: 27 Aprel 2020 13:18

İspaniya futbol klublarının həkimlər birliyinin prezidenti Rafael Ramos koronavirusa görə  təxirə salınan La Liqada mövsümünün bərpa olunmasından sonra hansı tədbirlərin görüləcəyindən danışıb.

Qol.az xəbər verir ki, o, “El Pais”ə müsahibəsində qazon da daxil olmaqla hər şeyin dezinfeksiya olunacağını bildirib. Ramos “Top vasitəsilə virusun yayılma riski varmı” sualını belə cavablandırıb:

“Prinsipcə yox. Çünki qazon da daxil olmaqla hər şey oyundan əvvəl, fasilədə və matçdan sonra dezinfeksiya ediləcək. Bu cür top belə ot örtüyündə yuvarlandıqda, çətin ki, yoluxma olsun”.

R.Ramos futbolçuların qol sevinci zamanı qucaqlaşmasına qadağa qoyulacağını da deyib: “Artıq hər şey fərqli olacaq. Futbolçular oyun epizodunda bir-birindən yapışmayacaq və  qol sevinci zamanı qucaqlaşmayacaqlar”.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus səbəbindən dayandırılıb. Çempionatın may və ya iyun ayında bərpa olunacağı haqda xəbərlər yayılıb.
 


Etiketlər:  Liqada futbolçuların qucaqlaşmasına qadağa qoyulacaq


RƏYLƏR