Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 20:24
Aygün Bəylərin meneceri: "Kimsə gəlib mahnı oxuyanda şəxsiyyət vəsiqəsinə baxmalıyıq?"
Sonxeber.net xəbər verir ki, buta.ws əməkdar artist Aygün Bəylərin menecerindən "xanım sənətçinin erməni ilə duet oxuması" məsələsinə aydınlıq gətirdi.
Sənətçinin menecerinin sözlərinə görə, Aygün xanım 20 il əvvəl Moskvada yahudi toyunda oxuyarkən başqa bir ifaçı gəlib mahnıya qoşulub. Həmin ifaçı da erməni yox, yəhudi olub. Menecer, həmçinin bu sözləri də əlavə edib: "Məgər kimsə toyda gəlib mahnıya qoşulanda onun şəxsiyyət vəsiqəsinə baxmalıyıq? Mən özüm də o toyda olmuşam. Toy 20 il bundan əvvəl Moskvada baş tutub. Həmin adam da erməni deyildi"