Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Everton''dan ''Real''ın üzvünə 4 illik təklif

''Everton''dan ''Real''ın üzvünə 4 illik təklif

Tarix: 28 Aprel 2020 12:48

"Real"ın yarımmüdafiəçisi Xames Rodrigez karyerasını İngiltərədə davam etdirə bilər.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Everton" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Liverpul təmsilçisinin baş məşqçisi Karlo Ançelotti rəhbərlikdən kolumbiyalının transferini tələb edib. Vaxtı ilə Xameslə  "Real"da çalışan təcrübəli mütəxəssis onu heyətində görmək istəyir.

İngiltərə mətbuatı "Everton"un 28 yaşlı oyunçuya 4 illik müqavilə təklif etdiyini bildirib. Zinəddin Zidanın planlarına daxil olmayan Xamesin Premyer Liqada oynamağa müsbət yanaşdığı qeyd edilir.

Qeyd edək ki, "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun da "Everton"a keçəcəyi yazılır.


Etiketlər:  Evertondan Realın üzvünə illik təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ