Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hesablama Palatası pozuntuların baş verdiyi əsas sahələri açıqlayıb

Hesablama Palatası pozuntuların baş verdiyi əsas sahələri açıqlayıb

Tarix: 28 Aprel 2020 17:00

Ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

V.Gülməmmədov bildirib ki, əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Onun sözlərinə görə, mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib.

V.Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verib.

Palata sədri əlavə edib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib: "İlk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib".

Milli.Az


Etiketlər:  Hesablama Palatası pozuntuların baş verdiyi əsas sahələri açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ