Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir: Fransada karantin rejiminin müddəti uzadıla bilər

Baş nazir: Fransada karantin rejiminin müddəti uzadıla bilər

Tarix: 28 Aprel 2020 21:00

Bakı. Trend:

Fransada koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin müddəti uzadıla bilər.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Eduar Filipp parlament qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, Fransadakı mənfi epidemioloji vəziyyət hökuməti bu addımı atmağa vadar edə bilər.

Qeyd edək ki, Fransada pandemiya ilə əlaqədar martın 17-də karantin rejimi elan olunmuşdu. Rejim mayın 11-dək qüvvədədir. Bu günədək Fransada 165 mindən çox şəxs koronavirusa yoluxub, 23 293 nəfər vəfat edib, 45 513 nəfər sağalıb.


Etiketlər:  Baş nazir Fransada karantin rejiminin müddəti uzadıla bilər


RƏYLƏR