Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 21:32
Əhalimiz, iş adamları görürlər ki, hökumət addımlar atır, geriyə çəkilmirik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib: "Baş verən böhran qeyri-adidir. Lakin, Azərbaycanın makroiqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Mən deyərdim ki, makroiqtisadiyyatımızın böhrana dirəniş imkanları var. Bu dayanıqlılıqdan da istifadə edirik. Əhalimiz, iş adamları görürlər ki, hökumət addımlar atır, geriyə çəkilmirik. Əksinə, problemin qarşısında dayanmışıq. İkinci aydır ki, gərgin situasiya dramatik şəkildə davam edir. Amma, biz geri çəkilmirik, dediyimiz platformada dayanmışıq. Cənab Prezidentin qarşımızda qoyduğu tələblər, makroiqtisadi sabitliyimiz təmin olunmalıdır. Bizi istəməyən bəzi qüvvələr mənfi proqnozlar verirlər, özlərinin arzuladıqlarını həqiqət kimi göstərməyə çalışırlar. Cənab Prezident dediyi kimi, biz, heç kimdən heç nə gizlətmirik. Reallıq nədirsə, onu xalqa çatdırırıq. Prezidentimizdən nümunə götürərək, tam açıqlıqla deyirik ki, situasiya gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir. Amma, bu situasiyanı idarə edirik və etmək fikrindəyik".