Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 22:02
İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes Nazirlər Şurasının bugünkü iclasından sonra deyib. O, komandaların öz bazalarında hazırlığa başlayacaqlarını bildirib.
Xatırladaq ki, İspaniyada bütün çempionatlar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.