Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 03:16
Bakı. Trend:
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton sabiq vitse-prezident Cozef Baydeni prezident seçkilərində Demokrat Partiyasından namizədlik uğrunda mübarizədə dəstəkləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, C.Baydenin seçkiqabağı kampaniyasının saytında gedən canlı yayımda, H.Klinton etiraf edib ki, o, yalnız C.Baydenin namizədliyini dəstəkləməkdən deyil, həmçinin "bu prezident seçkilərində qaldırılacaq bir çox mövzuların işıqlandırılmasında ona kömək etməkdən" də məmnundur: "Co Bayden bütün həyatı boyu bu məqam üçün hazırlaşıb. Son 25 ildə onunla işləmək imtiyazım oldu".
Qeyd edək ki, H.Klinton 2008-ci və 2016-cı ildə prezident seçkilərində Demokrat Partiyasından namizədlik uğrunda mübarizə aparıb.