Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsas dalğanı geridə qoymuşuq, ancaq arxayın olsaq, ikinci gələcək - Adil Qeybulla

Əsas dalğanı geridə qoymuşuq, ancaq arxayın olsaq, ikinci gələcək - Adil Qeybulla

Tarix: 29 Aprel 2020 08:09

"Virusun kuliminasiya həddini keçmişik. Ancaq pandemiyadan tam azad olunduğumuzu düşünüb arxayın hərəkət etsək, ikinci dalğa ola bilər".

Sonxeber.net bildirir ki, bunu professor Adil Qeybulla deyib.

Professor sosial izolyasiya tədbirlərinin vacibliyini vurğulayaraq, vətəndaşları arxayın olmamağa səsləyib: "Məhdudiyyətlərin yumşaldılması insanların sosial fəallığını artırmaq üçündür. Ancaq bu, gigiyena qaydalarını və sosial izolyasiya tədbirlərini pozmalıyıq anlamına gəlmir. İnsanlar maska taxmalı, sosial məsafəni gözləməlidir. Bunlar icbari olduğu üçün qaydaları ciddiyə almalıyıq.

İnsanlarımız anlamalıdır ki, onların azadlığı karantin tədbirlərini gözləməkdən və icra etməkdən asılıdır. Yenidən yoluxma halları olduğu təqdirdə, qaydalar sərtləşdirilə bilər. Ona görə də diqqətli olmağa davam etməliyik". (publika.az)


Etiketlər:  Əsas dalğanı geridə qoymuşuq ancaq arxayın olsaq ikinci gələcək Adil Qeybulla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ