Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:02
İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının ötən gün baş tutan iclasından sonra deyib.
Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlaya bilərlər.
Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. Çempionatın nə vaxt bərpa olunacağı isə hələ bilinmir.