Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ iqtisadiyyatı son altı ildə ilk dəfə kəskin azalıb

ABŞ iqtisadiyyatı son altı ildə ilk dəfə kəskin azalıb

Tarix: 29 Aprel 2020 17:44

Bakı. Trend:

2020-ci ilin birinci rübündə ABŞ-ın ümumi daxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyinin hesabatında deyilir.

Bu, son 6 ildə birinci rüb ərzində qeydə alınan ən aşağı göstərici olub. Bu göstərici, həmçinin 2008-ci ilin dördüncü rübündən sonra ən aşağı göstəricidir. Həmin dövrdə ölkə iqtisadiyyatı qlobal maliyyə böhranı fonunda 8,4 faiz azalmışdı.

Qeyd edək ki, 2019-cu ilin dördüncü rübündə ABŞ iqtisadiyyatı 2,1 faiz artım nümayiş etdirmişdi.


Etiketlər:  ABŞ iqtisadiyyatı altı ildə dəfə kəskin azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ