Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 16:40
Bakı. Sədrəddin Ağcayev - Trend:
“Azərpoçt” MMC daha 16 ölkəyə poçt göndərişlərini bərpa edib.
Trend bu barədə MMC-yə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, uğurlu danışıqlar nəticəsində beynəlxalq poçt daşımaları barədə razılaşma əldə olunub.
Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində 33 ölkəyə beynəlxalq poçt göndərişləri qəbul edilir. Bunlar Almaniya, ABŞ, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyadır.
Digər ölkələrə də poçt göndərişlərinin bərpa olunması üçün danışıqlar aparılır.