Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 09:57
“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2020-ci ilin birinci rübündə beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonların qlobal tədarükü 24 milyonu ötüb. Bu, ötən ilin göstəricisindən (18,7 milyon) xeyli yüksəkdir. “COVID-19” pandemiyasına baxmayaraq, yeni mobil rabitə standartını dəstəkləyən qabaqcıl modellərə tələbat yüksəkdir. Çin “5G”-smartfonlara tələbat baxımından dünya lideridir, həmçinin Cənubi Koreya, ABŞ və Avropada belə qurğuların satış həcmi artır.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, smartfon brendləri arasında “Samsung” “5G” modellərin tədarük həcminə görə birinci yeri tutur. 2020-ci ilin yanvar-martında şirkət 8,3 milyon belə qurğu tədarük edib ki, bu da bazarın 34,4%-i deməkdir. “Samsung”un ən populyar “5G” qurğularına “S20 5G” və “S20 Ultra 5G” smartfonlarını nümunə göstərmək olar.
“Huawei” şirkəti bu dəfə ikinci olub. Şirkət, demək olar ki, bütün qurğuları daxili bazara, yəni Çinə tədarük edib. “Huawei”nin ən populyar “5G” modellər üçlüyünə “Mate 30”, “Honor V30 Pro” və “Mate 30 Pro” daxildir.
Emil Hüseynov